6 Aprel 2022 14:32
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayonu ərazisində baş vermiş partlayışda xəsarət alanların son vəziyyətini açıqlanıb.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

"Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.
Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib", - qurumdan bidirilib.

Qeyd edək ki, ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət almış, 1 nəfər vəfat edib.


Müəllif: Teleqraf.com