7 Aprel 2022 09:23
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ağacları kəsən tikinti şirkəti cərimələnib.

Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


Müəllif: Teleqraf.com