Bakının orta məktəblərində buraxılış imtahanları Avropa Oyunlarından əvvəl keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanların dəqiq günü hələ bəlli deyil:
“Gələn il tədris ili mayın 30-da başa çatacaq. 31-i bazar günüdür, lakin bayram gününün sabahı imtahan keçirmək uyğun deyil. Bu məsələ ilə bağlı bəzi təkliflərimiz var. Bu məsələylə bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Nazirliyin cavabını gözləyirik”.
M.Abbaszadə deyib ki, respublika üzrə bütün orta məktəblərdə buraxılış imtahanlarının vaxtı müzakirə olunur.