25 Noyabr 2014 14:24
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının “Erasmus+” proqramının dəstəyi ilə Bakı şəhərində beynəlxalq təlim kursuna başlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, İtaliya, Macarıstan, Çexiya, Estoniya, Rumıniya, Portuqaliya, Ukrayna, Gürcüstan və Azərbaycanı təmsil edən gənclərin iştirakı ilə keçirilən kursun əsas mövzusu ictimaiyyətlə əlaqələrin qurulması və PR fəaliyyətidir.

Beynəlxalq təlimçilər tərəfindən aparılan kurs müddətində iştirakçıların “ASAN Xidmət” mərkəzinə və “Bakı-2015 Avropa Oyunları” Əməliyyat Şirkətinə səfər etməsi, onların ictimaiyyətlə əlaqələri ilə yaxından tanış olması nəzərdə tutulub.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda həyata keçirilməsi mümkün olan layihə ideyalarının müzakirə olunması da planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər