25 Noyabr 2014 14:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 ildə Azərbaycanda qadınlara qarşı 30277 cinayət hadisəsi (2009-cu ildə 6933, 2010-cu ildə 6507, 2011-ci ildə 6705, 2012-ci ildə 5478, 2013-cü ildə isə 4654), o cümlədən zorakılıqla bağlı 18486 cinayət (2009-cu ildə 4696, 2010-cu ildə 4489, 2011-ci ildə 4280, 2012-ci ildə 3218, 2013-cü ildə 1803) qeydə alınıb. Həmin dövrdə müvafiq cinayətlərin dinamikasında azalma müşahidə olunub.

Bunu “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı konfransda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalov bildirib ki, bu hüquqazidd əməllərə görə 18948 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub (2009-cu ildə 4934, 2010-cu ildə 4312, 2011-ci ildə 3953, 2012-ci ildə 3274, 2013-cü ildə isə 2475).
O deyib ki, cari ilin son 9 ayında qadınlara qarşı 4195, o cümlədən zorakılıqla bağlı 1687 cinayət faktı qeydə alınıb və 2024 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.

Cinayətlərin 23 faizinin və yaxud hər beşincisinin məhz ailə-məişət münaqişəsi zəminində baş verdiyini qeyd edən O.Zalov daxili işlər orqanlarında xidmət göstərən qadınlardan da danışıb: “Daxili işlər orqanlarında 2855 qadın xidmət göstərir ki, bunun da 1350 nəfəri xüsusi rütbəsi olan qadınlardır.

Qadınlara qarşı zorakılığın aradan qaldırılması daxili işlər orqanlarının əsas vəzifələrindən biridir. Qadın və qızların hüquqlarının pozulması hallarının qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Daxili İşlər Nazirliyində 102 - "Qaynar xətt" xidməti yaradılıb və bununla da şərait yaradılıb ki, insanlar polisə öz problemləri barədə müraciət etsinlər. Gündəlik 4000 müraciətdən 30 faizi qadınlar tərəfindən edilir. Qadınlara müvafiq yardım göstərilməsi üçün daim tədbirlər görülür".

Onun sözlərinə görə, Azərbaycanda zorakılıq halları Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər