Bakıda noyabrın 29-30 tarixində “Türkiyə Bəyazay Dərnəyi Əlillər Dostluq Günü” konfransı keçiriləcək.
Teleqraf.com-un xəbərinə görə, tədbir iki ölkə arasındakı əlillər mövzusundakı birliyə əsaslanacaq. Konfransa Türkiyənin dövlət nümayəndələri, əlil təşkilatlarının üzvləri və Azərbaycandan olan nümayəndələr qatılacaq.
İstanbul Böyükşəhər Bələdiyyəsi Əlillər İSEMX Mahnı Topluluğu ilə Azərbaycan eşitmə qüsurlu qrupunun səhnə alacağı açılış mərasiminin ardınca “Toplum və əlillərin inteqrasiyası” və “Təhsil ilə əlillərin irəliləməsi”və digər mövzularında panellərlə davam edəcək.
Naibə QURBANOVA