7 May 2014 15:16
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala bazarında mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib.

Teleqraf.com-un məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Zaqatala şəhərindəki “Zaqatala bazar-2” açıq tipli səhmdar cəmiyyətində dövlət nəzarəti tədbirləri həyata keçirib.

Araşdırmalar zamanı müəyyən olunub ki, bazarda mənşəyi bilinməyən, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsullar satılır.

Həmçinin bazarda istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi, ət məhsullarının satışı üçün ayrılmış sektorun natəmiz saxlanıldığı, şirniyyat, ət və süd məhsullarının anti-sanitar vəziyyətdə və saxlanma rejiminə əməl olunmadan üstü açıq şəkildə satıldığı müşahidə edilib.

Bu və digər nöqsanların aradan qaldırılması ilə bağlı bazar rəhbərliyinə iradnamə verilib, istifadə olunan ölçmə vasitələrinin istismarı və mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib.

Naibə


Müəllif: