7 May 2014 15:20
583

"Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin nəticələri açıqlanıb

Təhsil Problemləri İnstitutunun elan etdiyi "Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə "DYMO/Mimio şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi "Smart Technologies" şirkəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş "İnteraktiv Texnologiyalar və müasir təhsil 2014" elmi-praktik konfrans çərçivəsində elan edilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, müsabiqənin başlıca məqsədi interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənib yayılması və bütövlükdə pedaqoji kadrların səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müsabiqədə respublikanın 5 şəhər və 23 rayonundan 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak etdiyini bildirən Qulu Novruzov ən çox Bakı şəhərindən və Şəki rayonundan iş təqdim olunduğunu bildirdi: “Çox maraqlıdır ki, Şəki rayonundan 36 iş təqdim olunub. Xırdalan şəhəri Abşeron rayonu ilə birlikdə cəmi 8 iş təqdim edib. Təbii ki, ən çox iş - 219 iş Bakı şəhərindən təqdim olunub. Onlardan70-i riyaziyyat, 54-ü Azərbaycan dili və ədəbiyyat, 32-si ingilis dili, 30-u tarix, 26-sı biologiya, 23-ü həyat bilgisi, 20-si informatika, 53-ü isə digər fənlərdən olub".

Qulu Novruzov əlavə edib ki, xüsusi yaradılan komissiya tərəfindən təqdim olunan işlər ekspertiza olunub: "Həmin işlərdən müxtəlif fənlər üzrə 12 iş finala çıxıb. Yerdə qalan işlərdən 12-si isə digərlərindən fərqləndiyinə görə müvafiq mükafata təqdim olunmasını komissiya məqsədəuyğun hesab edib. Xüsusi yaradılan komissiya tərəfindən təqdim olunan işlər ekspertiza edilib. Həmin işlərdən müxtəlif fənnlər üzrə 12 iş finala çıxıb: “Yerdə qalan işlərdən 12-si isə digərlərindən fərqləndiyinə görə müvafiq mükafata təqdim olunmasını komissiya məqsədəuyğun hesab edib”.

Konfransda finala çıxan 12 işin müəllifləri işlərini təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə 3 iş sahibi qalib elan olunub. Birinci yerin sahibinə Mimio Teach İnteraktiv qurğusu (elektron lövhə), ikinci yerin sahibinə Mimio Viev İnteraktiv sənəd kamerası, üçüncü yerin sahibinə Mimio Pad İnteraktiv Planşeti və diplom, qiymətli hədiyyələr təqdim olunub.

SEVİL


Müəllif:
Загрузка...