15 Aprel 2022 15:01
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı” təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin qərarla İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli də təsdiq olunub.

Qeyd olunub ki, İşçi qrupu Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun maddi texniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin ediləcək.

Müəyyən edilib ki, İşçi qrupunda çalışan rəhbər və digər işçilərə iş stajına, xüsusi lazımlı işlərin yerinə yetirilməsinə görə əlavələr, maddi yardım və mükafatlar “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” qərar ilə müəyyən edilmiş qaydada ödənilir.

İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur.

Maliyyə Nazirliyi İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.


Müəllif: Teleqraf.com