15 Aprel 2022 16:20
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirliyin nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.

2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.


Müəllif: Teleqraf.com