16 Aprel 2022 17:18
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki məşğələlərə cəlb olunan mühəndis bölmələri səhra təlim mərkəzlərinə çıxarılıb.
Şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə bacarıqlarının təkmilləşdirildiyi məşğələlər 44 günlük Vətən müharibəsində qazanılmış təcrübəyə əsasən keçirilir.

Məşğələlər zamanı silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları nümayiş etdirilib. Şəxsi heyətə “Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin mühəndis kəşfiyyatının aparılması qaydaları çatdırılıb.

Məşğələlərdə mühəndis yol bölmələri tərəfindən təbii və süni maneələrdən texnikaların keçidi təmin edilib, şəxsi heyət partlayıcı qurğu və vasitələrdən istifadə qaydaları üzrə praktiki məşq etdirilib.

Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin döyüş hazırlığının artılıması məqsədilə keçirilən məşğələlər davam edir.


Müəllif: Teleqraf.com