17 Aprel 2022 12:41
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaşöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib.

Teleqraf.com xəbər verir ki, Reza Deqati özünün instaqram səhifəsində film barədə paylaşım edib. Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.

Reza Deqati paylaşımında Xudayar Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb. Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi.

"İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim", - deyə fotoqraf qeyd edib.


Müəllif: Teleqraf.com