19 Aprel 2022 15:17
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Oxçuçayın Azərbaycandan keçən hissəsini çirkləndirməkdə davam edir".

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib: "Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın üç müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntüsü üzərindən isə 180-dən çox nümunə analizlər götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5,5-7 dəfə çoxdur".


Müəllif: Teleqraf.com