20 Aprel 2022 16:45
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhəlləsində polisin iştirakı ilə yandırıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, Rasmus Palidan məhəlləyə polislərin əhatəsində gəlib: “Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır. Bu aktın özü də bir terror hadisəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm. İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkə sayılır. İsveç bu hadisəni də söz azadlığı hesab edir. Lakin bu, söz azadlığı deyil, əksinə, yeni münaqişə ocaqları yaratmaqdır. İndi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını pisləməyə çağırıram”.


Müəllif: Teleqraf.com