25 Aprel 2022 11:23
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Bu barədə Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Ağasəid Yaqubov məlumat verib.

Onun sözlərinə görə, mayın 1-i sonuncu oruc tutulacaq: "Bayram namazı mayın 2-də səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir, Heydər və Bibiheybət məscidlərində qılınacaq".

Qeyd edək ki, Azərbaycanda mayın 2-si və 3-ü bayram günləridir.


Müəllif: Yeganə Oqtayqızı