3 İyul 2022 01:34
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çoxlarımızın hər gün istifadə etdiyi liftlər də müasir dünyanın və texnologiyanın inkişafı ilə inkişaf edir. Sürətləri, ölçüləri və bir çox xüsusiyyətləri ilə texnologiya ilə ayaqlaşan liftlərdə dəyişməz bir həqiqət var ki, o da güzgünün olmasıdır. Liftlərdə niyə güzgülər olduğunu heç düşünmüsünüzmü? Əmin olun ki, liftlərə güzgü qoyulmasının əsas səbəbi geyiminizi və ya saçınızı düzəltmək deyil...

Teleqraf.com xəbər verir ki, liftlərdə güzgülərin olmasının iki səbəbi var.

Bunlardan biri lift sizin düyməsini basdığınız mərtəbəyə çatanda kabinənin gəlib-gəlmədiyini anlamaq üçündür. Belə ki, liftə minərkən öz əksimizi görürüksə, kabin çağırdığımız liftlə gəlir.

Digər səbəb isə klostrofobiyası (qapalı məkanlara qarşı qorxu) olan insanlardır. Yəni liftdəki güzgülərin əksi sayəsində liftin içi 2 mərtəbə olaraq görünür.


Müəllif: Aysel Azad