5 Fevral 2022 19:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeni layihənin icrasına start verib.

Layihə barədə məlumat verən təşkilatın sədri Aynur Camalqızı bildirib ki, “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihə 3 ay davam edəcək. Layihə çərçivəsində İşçi Qrupu yaradılacaq, iş qrafiki hazırlanacaq.

İkinci mərhələdə şəhid ailələrinin ən çox üzləşdiyi problemlər öyrəniləcək və həmin problemlər sistemləşdirilərək mütəmadi olaraq mediada dərc olunacaq.Bu mərhələdə həmçinin şəhid ailələrinin sosial problemlərinə dair ictimai müzakirələr keçiriləcək.

Daha bir ictimai müzakirə isə layihənin sonunda keçiriləcək.

Layihə çərçivəsində saytda şəhidlərimiz haqqında ətraflı məlumatlar, onların döyüş yolu, qəhrəmanlıqlarına aid materiallar və şəhid ailələrindən reportajlar veriləcək. Yekunda biz təkliflər hazırlayanacaq


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər