26 Noyabr 2014 18:21
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ölkənin qazlaşdırılması istiqamətində apardığı işlər nəticəsində noyabrın 26-da Ağsu rayonunun Ərəbmehdibəy, Xəlilli və Mustafalı kəndlərinə təbii qazın verilməsi bərpa edilib.

Teleqraf.com-un xəbərinə görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqlları iştirak ediblər. Bildirilib ki, 230 abonenti olan Ərəbmehdibəy kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 230 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

78 abonenti olan Xəlilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 12 kilometrə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 78 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

31 abonenti olan Mustafalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 4,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 31 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər