3 May 2022 10:45
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nigerdəki demokratiya həm region, həm də bütün qitə üçün nümunədir”.

Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Ramazan həmrəyliyi” adlı ikinci mini Afrika turu çərçivəsində deyib.

COVID-19 epidemiyası səbəbilə Nigerə səfərini 2 il təxirə salmaq məcburiyyətində qaldığını bildirən Quterreş bu səfərin Nigerə, xüsusilə də terror qurbanlarına və bölgədəki həssas qruplara dəstək göstərmək üçün təşkil edildiyini qeyd edib:

“Niger ordusunun terrorla mübarizədəki performansını yüksək qiymətləndirirəm. Beynəlxalq ictimaiyyət Niger ordusuna maliyyə, təchizat və təlim dəstəyi verməlidir. Bölgə təhlükəsizlik də daxil olmaqla çoxölçülü böhranla üzləşib. Bunun öhdəsindən yalnız beynəlxalq səfərbərlik gələ bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər