3 May 2022 23:25
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən bu yana yaratdığı təhlükəsiz bölgələrə təxminən 500 minə yaxın suriyalı qayıdıb. Ölkəmizdə qonaq etdiyimiz 1 milyon suriyalı qardaş və bacımızın könüllü geri dönməsini təmin edəcək yeni bir layihə hazırlayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalıların yaşaması üçün inşa edilən briket evlərinin açılış və təhvilvermə mərasimində deyib.

Prezident indiyədək tikintisi başa çatan evlərə 50 min ailənin yerləşdirildiyini bildirib: “İnşallah briket evlərin sayını ümumilikdə 100 minə çatdıracağıq, beləliklə, 100 min ailənin şəraitini yaxşılaşdıracağıq. Bu evlərdə yaşayacaq suriyalı qardaşlarımıza xeyirli olmasını diləyirəm”.

Ərdoğan Türkiyənin dünyada milli gəlir baxımından ən çox yardım edən ölkə olduğunu vurğulayıb: “Heç kim səbəbsiz yerə vətənindən, evindən, nizam-intizamından ayrılmaz. Heç kim qeyri-müəyyən gələcəyə doğru özbaşına addımlamaz. Belə bir məcburiyyətlə üzləşənlərə sərhədlərimizi, qəlbimizi açmaq, onlara hər cür dəstək vermək bizim insanlıq borcumuzdur. Həm sivilizasiyamız, həm də tariximiz bizdən belə davranmağı tələb edir. Biz bu vəzifəmizi yerinə yetirməyin hüzuru ilə dünyanın qarşısına çıxırıq. Bu hüzurlu ürəklə qərblilərin nümayiş etdirdikləri irqçi, ayrı-seçkilik, eqoist və ikiüzlü rəftarını qınayırıq. Məzlumlara baxanda biz ancaq insan görürük. Heç kimin dərisinə, saçına, göz rənginə, əqidəsinə, dilinə baxmadıq, baxmamışıq.

Yardım üçün qədəm qoyduğumuz coğrafiyaları təbii sərvətlərinə görə təsnif etməmişik və təsnif etmirik. Sadəcə insanları, məzlumları, qurbanları görmək bizdən hərəkətə keçməyi tələb edir. Bu anlayışla təkcə Suriyada deyil, dünyanın bir çox yerində yardım və dəstək proqramları həyata keçiririk”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər