"Əvvəlki illərdə olduğu kimi Təhsil Nazirliyi tərəfindən birinci sinfə qəbul ənənəvi qaydada keçirilir. Bu qaydanın tətbiqi şəffaflığı və səmərəliliyi artırıb".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib:
"Valideynlər də az vaxt sərf edərək seçim edib, övladlarını məktəb qoya bilirlər. Lisey və gimnaziyalarda isə həmişəki kimi valideynin seçiminə uyğun olaraq şagird ilkin diaqnoztikaya cəlb olunur".
Nazir qeyd edib ki, bütün məktəblərdə uşaqlar üçün yer var: "Müsabiqədən keçməyənlər də evlərinə yaxın ərazilərdə məktəbə gedə bilərlər".