5 May 2022 16:35
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni pensiya konsepsiyasının üzərində iş gedir. Konsepsiya hazırda müzakirə mərhələsindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputatların suallarına cavab vrərkən deyib.

Nazir müavini bildirib ki, bu ilin ötən dövründə 10 mindən çox şəxsə əlillik təyin olunub. Onun sözlərinə görə, 2020-2022-ci illər üçün 60 minədən şəxsə əlillik təyin edilib: “5 illik müddət bitdikdən sonra əlillik yenidən qiymətləndirilməlidir”.

Anar Kərimov eyni zamanda bildirib ki, indi Azərbaycanda demoqrafik artım davam edir. Ağır şəraitdə işləyənlərlə bağlı yeni təkliflər vətəndaşlara müsbət təsir göstərəcək: "Pensiya mövzusunda deputatların qaldırdığı məsələlər diqqətlə öyrəniləcək və nəzərə alınacaq".


Müəllif: Nemət

Oxşar xəbərlər