5 May 2022 20:24
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qaz təminatı ilə bağlı heç bir çətinliyimiz yoxdur. Qış aylarında istehlak etdiyimiz qaza görə yaranan debitor borcu ödəmək üçün bizə az müddətdə möhlət verməyinizi sizdən xahiş edirik".

Teleqraf.com xəbər verir k, bu sözləri Biləsuvar rayonunun Xırmandalı kənd sakini, istixana fəaliyyəti ilə məşğul olan Taleh Əhmədov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev Birliyin ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən öhdəliklərin həllinə daim diqqətlə yanaşdığını, Birliyin səlahiyyətləri çərçivəsində bütün lazımi dəstəyin verildiyini qeyd edərək sahibkarın ünvanladığı müraciətlə bağlı ona köməklik edilməsi üçün tapşırıq verib. Çıxış edən digər sahibkarlar təbii qazın verilişi ilə bağlı heç bir problemlərinin olmadığını bildirərək, SOCAR "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür ediblər. \

Sahibkarlarla yanaşı, sakinlər də "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Görüşdə qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması ilə bağlı bir sıra müraciət daxil olub. 30-dək ünvanlanan müraciətlə bağlı istər sahibkarlara, istərsə də sakinlərə bütün lazımi izahatlar verilib. Bir sıra müraciətlərin həllinə dair yerindəcə tapşırıq verilib. Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul şəxsləri keçirilən aksiyanın vətəndaş müraciətinin Birliyin rəhbərliyinə maneəsiz şəkildə çatdırılmasına xidmət etdiyini qeyd edərək, bunun üçün də Birlik rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər