Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın həcmi 891 milyon sənaye xətləri, 2 milyard 926 milyon kubmetr əhali xərtləri üzrə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım deməkdir.
Bu ilin aprel ayında isə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 540 milyon kubmetr təbii qaz qəbul olunub. Təkcə aprel ayı üzrə 185 milyon kubmetr təbii qaz sənaye xətləri üzrə, 355 milyon kubmetr isə əhali xətləri üzrə qəbul edilib.