6 May 2022 11:46
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon olub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % azdır.

Cari ilin dörd ayı ərzində ödəniş səviyyəsi 97,6% olub. Bunun 96,1%-i əhali sektoru, 100,3%-i isə qeyri-əhali sektoru üzrə olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə ödəniş səviyyəsində cəmi 12,9% artım qeydə alınıb. Əhali sektoru üzrə 0,1%, qeyri-əhali sektoru üzrə 27,4% artım olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər