7 Avqust 2022 01:19
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərqində olmasaq da ürəyimiz dayanmadan bizim üçün döyünür. Ürək orqanizmimizdə ən vacib əzələli orqandır. Lazımı qayğını görmədikdə, damarlarımızda ərp yaranmağa başlayır ki, bu da gələcəkdə infarkt və arterial damarların tutulması kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur.

Teleqraf.com xəbər verir ki, sağlam ürək üçün aşağıdakılara diqqət etmək vacibdir.

1. Bel çevrəsinin ölçüsü kişilərdə 102 sm, qadınlarda 88 sm-dən çox olmamalıdır.

2. Hər gün 7-8 saat gecə yuxusu yatmağa çalışın.

3. Hər gün ən azı 30-40 dəqiqə piyada gəzin.

4. Gün ərzində 2-2,5 litr su için.

5. Həftədə ən azı 2 dəfə balıq yeyin.

6. Gün ərzində duz qəbulu 6 qramdan çox olmamalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər