7 May 2014 17:11
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 3961, Kommutator Xidmətinə 5600-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5023 vətəndaşa xidmət göstərilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə gələn zənglər 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8984 müraciətin 6220-si dərhal cavablandırılıb və operativ həll edilib.

Vətəndaşların Qəbulu Mərkəzində 1678 vətəndaşdan 661 ərizə, 794 məktub və 233 ədəd digər sənədlər qəbul olunub və qeydiyyata alınıb. 1035 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların şikayət xarakterli 51 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınaraq araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 41-i ümumtəhsil məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 28 müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.

NİGAR


Müəllif: