7 May 2014 17:41
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Aşqarlar Kimyası İnstitutunun barədə institutun direktoru, akademik Vaqif Fərzəliyev məruzə ilə çıxış edib. Məruzə müzakirə edilib, yekdil qərarla bəyənilib və tovsiyə olunub ki, qəbul edilən qərar “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun həyata keçirilsin.

İclasda AMEA-nın Birləşmiş Veteranlar Şurası ilə əlaqədar bir sıra tədbirlərin həyata keçiriləcəyi də vurğulanıb. Elmi müəssisə və təşkilatlarda çalışan veteranların əmək qabiliyyətini nəzərə alaraq, onların faydalı əmək fəaliyyəti üçün lazımi şərait yaradılması qərara alınıb.

Sonda İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib.

NİGAR


Müəllif: