Karantin rejimin ləğvi üçün tələsirsiniz.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, maska tələbinin ləğv olunmasına baxmayaraq bir sıra məhdudiyyətlər qalmaqdadır:
"Bununla bağlı ÜST Avropa bürosunun direktoru Hans Klüqer ölkəmizə səfər edib. Karantin rejimi mövzusu müzakirə edilib. O da bildirib ki, payız aylarında xüsusilə ayıq-sayıq olmalıyıq. COVID-19 virusu dəfələrlə sürprizlər göstərib. Yeni mutasiyanın olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməliyik".