27 Noyabr 2014 12:07
1 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Azərbaycanda dilənçilik edən şəxsin milyonçu olduğu aşkarlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, polisin saxladığı azərbaycanlının bank hesabında 351 milyard 200 milyon rial (təxminən 13 milyon dollar) pulun olduğu ortaya çıxıb. Axtarışlar zamanı 64 yaşlı şəxsin üzərində 110 milyon rial (4 min dollar) pul götürülüb.

Rəsmilər müsadirə olunan pulla "Sosial Xidmətlər Mərkəzi" binasının tikiləcəyini bildirirlər.

Samir


Müəllif: