10 May 2022 18:00
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi, koordinator və baş mütəxəssis vəzifələri üzrə vakansiya elan edib.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, vakansiyalara son müraciət tarixi mayın 25-i müəyyən edilib.

CV-lər [email protected] ünvanına göndərilməlidir. Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi”, “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə mütəxəssis” və “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator” yazaraq göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər