Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-aprel ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 119,92 % yerinə yetirib.
Teleqraf.com xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, 1 milyard 641,44 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb: "Bu da nəzərdə tutulan proqnozdan 272,64 milyon manat çoxdur".