Maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları idxal gömrük rüsumundan azad edilib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal 2 nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Dəyişikliyə əsasən, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olanlar da idxal gömrük rüsumundan azad edilib.
Həmçinin, melassa əlavəsi ilə çuğundur cecəsi də idxal gömrük rüsumundan azad edilib. Eyni zamanda qərara edilən dəyişikliklə balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da idxal gömrük rüsumundan azad olunub.
Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.