13 May 2022 15:42
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kağız və çap məhsullarının ƏDV-dən azad olunması mütərəqqi addım, çox alqışa layiq hərəkətdir. Kitab avtomatik olaraq 18 faiz ƏDV-dən azad olunur.

Bunu Teleqraf.com-a açıqlamasında “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə kitab ƏDV-dən azad edilib:

"Azərbaycanda da bu addımın atılması çox ürəkaçandır. Qərarın qəbulu kitaba münasibətin göstəricisidir. Bu qərar kitab mədəniyyətinə böyük dəstəkdir. Doğrudur, gec oldu, amma məqamında icra edildi. Bütün kitab oxucularını ürəkdən təbrik edirəm".

Şahbaz Xuduoğlu bu qərarın kitabların qiymətinə təsir edəcəyini istisna etməyib: "Doğrudur, kağız məhsullarında qiymətlər dəyişkəndir. Amma hesab edirəm ki, bu qərar qiymətlərə yaxşı mənada təsir edəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər