14 May 2022 13:20
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüflər olsun ki, ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb: "Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər