15 May 2022 10:38
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda böyük apteklər şəbəkəsinə malik “Zeytun Pharmaceuticals” MMC barəsində protokol tərtib olunub.

Teleqraf.com-un xəbərinə görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol yazılıb.

İşə baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rauf Əhmədovun icraatına verilib.

Yaxın günlərdə sənədin məhkəmə qaydasında araşdırılması keçiriləcək.

“Zeytun Pharmaceuticals” MMC ilə bağlı İnizabi Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Nizami rayon Məhkəməsinə araşdırılması üçün daha bir protokol daxil olub.

Qeyd olunan ikinci şikayət isə araşdırılması üçün hakim Nəriman Mehdiyevin icraatına verilib.

Bu işə mayın 26-da baxılacaq.

Qeyd edək ki, İnizabi Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər