18 May 2022 12:06
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “NetСad” şirkəti ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, həmçinin "NetCad" şirkətinin baş icraçı direktoru Bahadır İlgac və nümayəndə heyəti iştirak ediblər.

"NetCad" şirkətinin baş icraçı direktoru Bahadır İlgac şirkət haqqında təqdimatla çıxış edib. Şirkətin gördüyü işlər və həllər haqqında ümumi məlumat verib.

Şirkətin Strategiya və Biznes Tərəfdaşlıqları şöbəsinin baş direktoru Banu İlker, menecer Sercan Demirel şirkət haqqında iştirakçılara ətraflı məlumat verib, məhsullar, texnologiya və innovativ layihələr haqqında geniş təqdimatla çıxış ediblər.

Şirkətlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor, professor M.Babanlı bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və gələcək perspektivlərə hesablanmış bütün layihələrdə birgə iş aparılmasının önəmini vurğulayıb.

91 ölkə ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyən "NetCad" şirkətinin baş icraçı direktoru B.İlgac birgə akademik işbirliyinin əhəmiyyətindən danışıb və univeristetlə müxtəlif istiqamətlərdə əməkdaşlığa hazır olduqlarını deyib.

Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, memoranduma əsasən, 2022/2023-cü tədris ilindən Geoloji-kəşfiyyat fakültəsinin 4-cü kurs tələbələrinə "NetCad" şirkətinin proqramları çərçivəsində təlimlərdə iştirak etmiş ADNSU müəllimləri tərəfindən tədris planına uyğun olaraq proqramlaşdırma ilə bağlı dərslər keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər