21 May 2022 22:58
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meymun çiçəyi" çiçək virusu ailəsinə aiddir. Buraya varisella, vaksiniga virusu və digərləri aiddir. Bu, DNT, dezok serumu, nuklein turşusu olan virus hesab edilir və mutasiyaya məruz qalmır.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu virus qripə bənzər əlamətlərlə keçir:

"Üşütmə, qızdırma, titrətmə, əzələ və bel ağrıları, halsızlıq kimi simptomları var. Yaxınlarda ilk dəfə Danimarkanın Kopenhagen şəhərində aşkarlanıb. Xəstəlik vaxtilə ilk dəfə Afrikanın Konqo Respublikasında tapılıb və zamanında lokallaşdırılıb.

Ümumiyyətlə, bu infeksiya heyvanlardan insanlara keçib. Daha çox meymunlarda təsadüf edilir. Buna görə də xəstəliyə bu ad verilib. Virus insandan insana dəri təması vasitəsilə, hava-damcı yolu ilə keçsə də, COVID-19 kimi deyil. Hazırda "meymun çiçəyi" virusunun yayılması müəyyən arealı əhatə edir. Qloballaşan dünyada yaşayırıq və onun ayrı-ayrı ölkələrə yayılması mümkündür".

Professor bildirib ki, xəstəliyin pandemiya halı alması inandırıcı deyil: "Çünki dünyanın xəstəliklərə nəzarət və profilaktikası mərkəzləri, Ümumdünya Səhiyyə Təşkilatı prosesi diqqətlə izləyir. Lakin hər bir ölkə ehtiyatlı olmalı, transsərhəd nəzarəti gücləndirilməlidir. Xəstəlik əlaməti daşıyan şəxslər - dərisində xırda irinlər olan, qripə bənzər əlamətlər keçirənlər təcili karantinə alınsınlar. Hansı ölkədə virus tapılarsa, orada karantin elan edilməli, müvafiq şöbələr ayrılmalıdır".


Müəllif: Aysel Azad