3 İyul 2022 00:03
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildirçin yumurtası tərkibində ən çox kalori və vitamin ehtiva edən yumurtalardandır.

Teleqraf.com xəbər verir ki, 2 toyuq yumurtasına bərabər olan bildirçin yumurtasının sağlamlıq üçün bir çox həyati faydaları var.

Bildirçin yumurtası xüsusilə Asiya ölkələrində tez-tez istehlak edilir. Belə ki, bu qida uşaqlarda daha yaxşı sümük inkişafına dəstək verir. Əzələlərin elastik olmasını təmin edən bildirçin yumurtaları, irəli yaşlarda tez-tez rast gəlinən sümük rezorbsiya problemlərinin qarşısını ala bilir.

D vitamini baxımından təbiətdəki ən zəngin qida hesab olunur. Mütəxəssislər tərəfindən D vitamini çatışmazlığı olanlara bildirçin yumurtası istifadə etmək tövsiyə edilir. Bədənin A vitamini ehtiyacının bir hissəsini qarşılaya bilən bildirçin yumurtası göz sağlamlığını dəstəkləyir. Bununla belə, dəri hüceyrələrinin bərpasına kömək edir.

Bildirçin yumurtasının mühüm xüsusiyyətlərindən biri də immunitet sistemini gücləndirən təsiridir. Xüsusilə, xərçəngin əmələ gəlməsini demək olar ki, sıfıra endirir.

Bu sehrli qida sümüklərin ehtiyac duyduğu kalsiumu təmin edə bilir. Sümükləri kalsiumla təmin etdiyi üçün irəli yaşlarda görülə biləcək osteoporoz və sümük qırıqları problemlərinin qarşısını alır.

Orqanizmdən toksinləri çıxarmaq qabiliyyətinə malikdir.

Bildirçin yumurtası yüksək kalorilidir. Ancaq toxluq hissi verdiyi üçün sağlam şəkildə arıqlamaq istəyənlərin istehlak edə biləcəyi qidalar arasındadır.

Bildirçin yumurtasını dəriyə sürtmək dəri hüceyrələrinin bərpasını dəstəkləyir, parlaqlıq verir, dərini daha gənc göstərir.

Bildirçin yumurtası allergiyanın qarşısını almaq xüsusiyyətinə malikdir. Bildirçin yumurtası sinir hüceyrələrinə sakitləşdirici təsir göstərir, psixi pozğunluqların yaranmasının qarşısını alır. Stress və depressiya kimi ümumi xəstəlikləri azaltmağa kömək edir.

Mütəxəssislər bu qidanı xüsusilə xam istehlak üçün tövsiyə edirlər. Ancaq sarı hissənin istehlakının zərərli ola biləcəyi bildirilir. Sarısında B vitaminlərinin qəbuluna mane olan bəzi maddələr var. Çiy bildirçin yumurtasını tək istehlak etmək istəməyənlər müxtəlif yollara müraciət edə bilərlər.

Əvvəlcə bildirçin yumurtalarını stəkanda qırın. Sonra süd və 1 qaşıq bal əlavə edib yaxşıca qarışdırıb istehlak edin. Qarışığın dadından həzz alacaqsınız. Xüsusilə öskürək kimi hallarda bu qarışığı rahatlıqla istehlak etmək olar.

Bal və südlə içildiyi üçün bədənə güc verir. İmmunitetin güclənməsinə kömək edir. Allergik reaksiyalara son qoymağa dəstək verir.

Bildirçin yumurtaları böyrəküstü vəzilərin iş qabiliyyətini azaldan təsirlərə səbəb ola bilər.

Bildirçin yumurtasından istifadə etməzdən əvvəl, xroniki xəstəlikləri olan insanlar və müntəzəm olaraq dərman qəbul edənlər həkimlə məsləhətləşməlidirlər.


Müəllif: Aysel Azad