21 May 2022 18:00
4 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılgül görünüşü, qoxusu və faydaları ilə ən çox sevilən çiçəklər arasındadır.

Teleqraf.com xəbər verir ki, bu çiçək çox vacib məhsullardan biri olaraq bir çox sektorda istifadə edilir. Qızılgül suyu əsrlər boyu qadınların gözəlliklərində və saray yeməklərində istifadə edilən bir məhsuldur. Qızılgül suyu xüsusilə dəriyə qulluq, qocalmanın qarşısının alınması kimi hallarda istifadə edilir. Gülün gözəl qoxusu və təbii təbiəti ilə qida sənayesi, kosmetika sənayesi və bir çox başqa sektorlarda istifadə edilir. Bütün dəri tiplərinə uyğun olan gül suyu dərinin yağlanmasının qarşısını alır və dərini nəmləndirir. Sızanaqların əmələ gəlməsini dayandıran təsirə malikdir. Antiseptik xüsusiyyəti sayəsində iltihab əleyhinə təsir göstərir. Tərkibindəki antioksidanlar ən vacib təbii məhsullardan biridir. Xüsusilə tərkibindəki antioksidant sayəsində dəridəki hüceyrələri yeniləyir və dərinin qocalmasına qarşı profilaktik tədbir kimi istifadə edilə bilər.

Gül suyu üz dərisi ilə yanaşı, həm də saç və baş dərisi üçün çox faydalı məhsuldur. Saç tiplərinə həftədə iki dəfə gül suyu ilə masaj edilərsə, kəpək problemi aradan qalxar. Eyni şəkildə, duşdan sonra saça qızılgül suyunun çəkilməsi və onunla köklərə masaj edilməsi də saç kökləri üçün qidalandırıcı xüsusiyyətə malikdir. Gül suyu saçları qidalandırır və saçların cansız və mat görünüşünün qarşısını alır.

Antiseptik xüsusiyyətləri sayəsində boğaz və badamcıqların iltihabında təsirli olur. Təmiz qızılgül suyu ilə qarqara etmək boğaz ağrısı və tonzillitə yaxşı gəlir.

Gül suyu həm də sakitləşdirici və stresə qarşı təsirə malikdir. Ruhi sıxıntı zamanı gül suyunu qoxulamaq stress səviyyəsini azaldacaq.

Ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ağrı kəsici xüsusiyyətə malik olmasıdır. Xüsusilə miqren kimi şiddətli ağrılar üçün gül suyu içib, masaj etmək çox faydalıdır.

Tərkibində A, C və E vitaminləri olan gül suyu qida sənayesində kifayət qədər çox istifadə olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər