Ginekoloji sağlamlığı qorumaq üçün lazım olan ən vacib məşqlərdən biri də kegl məşqidir.
Teleqraf.com xəbər verir ki, kegl sayəsində qadınlar həm qasıq bölgəsindəki əzələləri inkişaf etdirərək sidik, nəcis və ya qaz çıxışını daha yaxşı idarə edə, həm də cinsi həyatları üçün bir sıra fayda əldə edə bilərlər.
Kegl məşqinin prinsipi bəsitdir. İlk olaraq, 3 saniyə boyunca qasıq bölgəsindəki əzələləri sıxaraq "sidik ifrazını yarıda bölürmüş" kimi hiss edin. Bu əsnada sadəcə qasıq əzələləriniz işləməlidir. Əgər bud, qarın və ya digər ətraf əzələlər sıxılırsa, deməli, məşqi səhv icra edirsiniz.
Daha sonra isə özünüzü boş buraxıb, 3 saniyə rahatlayırsınız. Bunu bir oturuma 10 dəfə, gündə 3 dəfə etmək sizə çox faydalı olacaq. Əgər verilən saylarda icra edə bilmirsinizsə, narahat olmayın, bu, normaldır. Bu halda, rəqəmləri azaltmaq kifayətdir - 3 saniyə yerinə 2 saniyə, gündə 3 yox 2 dəfə. Lakin belə başladıqdan sonra, rəqəmləri artırmağa çalışın.
Bu məşq hər kəsdə alınmır. Əgər problem yaşayırsınızsa, konsultasiya üçün ginekoloqunuza müraciət edə bilərsiniz.