22 May 2022 08:54
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arıqlamağın təsirli yollarından biri də kardio məşqləridir. Ona görə də hər kəs fayda və zərərini anlamadan bu idman növünə üz tutur. Kardio məşqlərinə qaçış, iplə tullanma, gəzinti və sairə hərəkətlər daxildir.

Teleqraf.com xəbər verir ki, kardio məşqləri insan bədəni üçün olduqca faydalıdır.

Belə ki, bu fəaliyyətlər ürək və ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırmağa kömək edir, yuxunun keyfiyyətini yaxşılaşdırır, artıq çəkini azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Yadda saxlamaq lazımdır ki, kardio məşqlərinin əsas qaydası nəbzin idarə olunmasıdır. Məşq zamanı nəbz dəqiqədə 120-140 döyüntüdən çox olmamalıdır. Bu tempdə dərslərin müddəti 30 dəqiqədən çox olmamalıdır. Lakin bu qaydalar praktiki olaraq sağlam insanlar üçündür.

Əgər ən azı bir növ xroniki ürək xəstəliyi və ya infarkt keçirmisinizsə, kardioloqunuzla məsləhətləşmədən kardio məşqlərinə başlamayın. Bu fəaliyyətlərin sizin üçün uyğun olub olmadığını həkiminiz müəyyən edəcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər