SOCAR “Azəriqaz” İstehsalat Birliyinin vətəndaşlarla “Açıq mikrofon” aksiyası növbəti həftə - mayın 23-ü və 27-si tarixlərində daha 5 rayonda keçiriləcək.
Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.
Aksiya həftənin birinci günü Astara rayonunda (Astara şəhəri, Park- Bulvar, Bayraq Meydanı), ikinci günü Lerik rayonunda (H.Əliyev küçəsi, Mədəniyyət Evinin qarşısı), 3-cü günü Lənkəran rayonunda (Lənkəran şəhəri, Həzi Aslanov Parkı), 4-cü günü Biləsuvar rayonunda (Səməd Vurğun küçəsi, İncəsənət məktəbi) və 5-ci günü isə Masallı rayonunda (Masallı şəhəri, Qarabağ küçəsi 17) saat 11:00-dan 12:00-dək baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.