28 Noyabr 2014 08:58
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərabycanda rəsmi qeydiyyatdan keçmiş 3000 QHT var. Hansı kriteriyalara görə, ancaq 15 QHT-yə 30 milyon dollar maliyə vəsaiti ayırısınız? Hətta o qədər həyasızlaşıblar ki, beynəlxalq forumda Azərbaycanın milli maraqlarını qoruyan və ermənilərə yaxın olan təşkilatları ifşa edən adamları da təhqir edirlər."

QHT-lər haqqında qanuna edilən dəyişikliyin müəllifi olan, YAP-ı təmsil edən millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli Azadlıq Radiosuna verdiyi acıqlamasında «Maraqların toqquşması haqqında» qanun layihəsinin müzakirə olunduğunu və beynəlxalq təşkilatların bu mövzuda layihəni maliyyələşdirməsini təklif edib. Millət vəkili maliyyə ayrılması üçün Avropa Şurasının müvafiq məmurlarına müraciət etdiyini bildirib.

Əli Hüseynlinin qaldırıdığı məsələ ilə bağlı mövqeyini acıqlayan QHT sədri Niyaməddin Orduxanlı qeyd edib ki, Milli Məclisin komitə sədri tam haqlıdır: "Bu faktın özü onu göstərir ki, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar ancaq o QHT-ləri və layihələri müaliləşdirir ki, həmin təşkilatlar birbaşa beynəlxalq təşkilatların sözçüsü rolunu oynayır".

Son 3-4 ildə beynəlxalq təşkilatların Azərbaycana ayırdığı 30 milyondan artıq vəsiti ancaq radikal müxalifətin təsirində olan 5-10 QHT arasında bölüşdürülüb. Niyə? Məqsədiniz nə idi? Azərabycanda rəsmi qeydiyyatdan keçmiş 3000 QHT var. Hansı kriteriyalara görə, ancaq 15 QHT maliyə vəsaiti ayırısınız? Və bu QHT-lərin hamısı beynəlxalq təşkilatlardan əlində "çomaq" rolunu oynayır.

Bir mərkəzdən idarə olunurlar. Bəzilərin də güllü miqdarda vəsaitin vergidən yayınmasına görə, bu gün istintaqları gedir. Hanıs Avropa ölkəsində bu qədər vəsaitin gizlədilməsinə göz yumar? Yeni qəbul edilmiş qanunda iki məqam var. Birincisi, donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır.

İkincisi də, bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilatı, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır. İndi sual çıxır orataya: siz niyə və nədən narahatsız? Pulun hansı məqsədlə verildiyini göstərin, bütün cəmiyyət görsün. Məqsədiniz sağalamdırsa, nədən narahat olursunuz? Niyə YAP təmsilçisi və ya bitərəf QHT-lərə vəsait ayırmırsınız? Acıq şəkildə görünür ki, bu təşkilatların maraqları heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, öz siyasi məqsədlərini həyata keçirtməkdir. Bir daha qeyd etmək istəyirəm ki, Əli müəllimin müraciəti əsas verir ki, beynəlxalq təşkilatların Azərbaycana ayrıdığı vəsaitlər heç də xoş niyyətlə olmayıb.

Hətta bəzi satqın QHT sədrləri var ki, Batumi forumundan sonra bütün cəmiyyətə göstərdi ki, erməniyə də dayı deyə bilirlər! Erməni sifətli insanlar Azərbaycanın milli maraqlarını öz qarınlarına və 5-10 manata da satmağı bacarırlar. Hətta o qədər həyasızlaşıblar ki, beynəlxalq forumda Azərbaycanın milli maraqlarını qoruyan və ermənilərə yaxın olan təşkilatları ifşa edən adamları da təhqir edirlər. Bu artıq onların iyrənc və yaramaz məxluq olduqlarını göstərirlər".


Müəllif:

Oxşar xəbərlər