Oxşar xəbərlər
Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb.
Bu barədə Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, bu il Azərbaycana 680 nəfərlik kvota verilib.
Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir.
Ziyarətin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Eyni zamanda, ziyarət üçün iki doza vaksin tələb olunur.