24 May 2022 16:15
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mayın 27-də, saat 11:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 10 ünvanında) Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.

Teleqraf.com bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və yaxud Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.


Müəllif: Teleqraf.com