24 May 2022 22:14
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cins atları ilə dünyada məşhur olan Azərbaycanda üç ildir ki, cıdır yarışları keçirilmir.

Bu barədə Teleqraf.com-a idmanın atçılıq növü ilə məşğul olan şəxslər məlumat veriblər.

Qeyd olunur ki, Bakının mərkəzindəki ippodrom hazırda yararsız vəziyyətdədir.

"Üç ay öncə Cıdır mərkəzini təmir etmək üçün texnika gətirdilər. Biz də sevindik ki, beynəlxalq standartlara uyğun ippodrom tikəcəklər. Hər şey əksinə oldu. Cıdır zolagını daha da bərbad günə qoyub getdilər. Son üç aydır orada heç bir təmir işi aparılmır", deyə idmançılar bildirirlər.

Atçılıqla məşğul olanlar kənd təsərrüfatı naziri İnam Kərimov, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Azərbaycan Jokey Klubun rehberi Samir Aslanova müracət edərək onlardan məsələni nəzarətə götürmələrini xahiş ediblər. Qeyd olunur ki, Elçin Quliyev ARAF prezidenti olaraq ippodromun təmirində maraqlı olmalıdır.

Atçılar ölkə rəhbəri prezident İlham Əliyevdən şəhər ippodromunu təmir olunub atçıların ixtiyarına buraxılması üçün göstəriş verməsini xahiş edirlər.


Müəllif: Teleqraf.com