“İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş şəhərlərimnin baş planlarının hazırlanmasına 25 milyon manat vəsait xərclənib”.
Teleqraf.com xəbər verir ki bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.