Oxşar xəbərlər
Müğənni Əminə Şirin şəxsi həyatı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, "Şourum" proqramına qonaq olan ifaçı ilk dəfə həbsxanada evlənməsindən danışıb.
Sənətçi ikinci həyat yoldaşının məhkum olunduğunu, buna görə də həbsdə ailə qurmalı olduğunu söyləyib.
Müğənninin bu evlilikdən bir qız övladı dünyaya gəlib. O, hazırda ikinci həyat yoldaşından ayrılıb. Əminə Şirin buna səbəb kimi həmin şəxsin həbsdən çıxdıqdan sonra tamamilə dəyişdiyini göstərib.