25 May 2022 17:30
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” adlı beynəlxalq startap sammitinə ciddi bir marağın olduğunu görürük.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səlcuk Bayraktar deyib.

O bildirib ki, “Take Off” “TEKNOFEST”in çox əhəmiyyətli bir parçasıdır: ““TEKNOFEST”in ilk ilindən, yəni 2018-ci ildən bəri təşkil etdiyimiz və hər gün daha da inkişaf edərək yeni təşəbbüs zirvəsini investorlarla bir araya gətirə bildik. Onları hətta bir rəqabət mühitində münsiflər qarşısında yarışdırırıq. Tələbələr yeni fikirləri ilə yarışırlar, sonrakı mərhələdə o fikirləri ilə öz müəssisələrini qurmalarını istəyirik. Məlumdur ki, dünyada bütün böyük texnoloji transformasiyalar cəhdlər üzərindən gəlir. Bunu nəhəng deyil, daha kiçik, dinamik firmalar edirlər. Bu mənada “Take Off” “TEKNOFEST”in çox əhəmiyyətli bir parçasıdır və ilk dəfə bu il Azərbaycanda təşkil olunur.

Ciddi bir müraciətin olduğunu görürük, inşallah investorlardan da kifayət qədər maraq görəcək. Burdakı iştirakçılarımız adından da çox önəmlidir. Onlar da məktəbi bitirdikdən sonra öz müəssisələrini qurub “Take Off” sahibkarlıq zirvəsində öz təşəbbüslərini təbliğ edib investor tapmağa çalışacaqlar. İndidən ölkələrimizə xeyirli-uğurlu olsun”.

Səlcuk Bayraktar sammitdə 50 finalistin olduğunu və onlardan yalnız 6-sı ilə danışdıqlarını deyib: “Elmi dərinliyə malik təşəbbüslər daha çox marağımı cəlb edir. Sadəcə ticari məqsədlərlə qurulanlardan daha çox, bir az daha dərin təşəbbüslər diqqətimi cəlb edir. Bu cür təşəbbüslər də gördüm, xoşuma gəldi. İnşallah 2022-ci ilin oktyabrında “Take Off” İstanbulda təşkil olunacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər